YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmamverdi İsmayılov: Müasir Azərbaycan dövlətinin tarixində Ulu Öndərin özünəməxsus yeri var

“Bu gün müasir müstəqil Azərbaycan dövlətinin banisi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hər zaman böyük ehtiramla və minnətdarlıqla yad edir. Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı Ulu Öndərin adı ilə birbaşa bağlıdır. Buna görə də ölkəmizin taleyində elə bir hadisə yoxdur ki, orada Heydər Əliyevin adı olmasın. Və buna görə də deyə bilərəm ki, hərtərəfli tərəqqinin təməlində, həmçinin ölkəmizin müstəqilliyini əldə edərək qoruyub saxlanılmasında, müasir Azərbaycan dövlətinin tarixində Ulu Öndərin özünəməxsus yeri var”. Bu fikirləri Milli Məclisin deputatı İmamverdi İsmayılov söyləyib. 

O qeyd edib ki, həyatı bir tarix olan bu dahi şəxsiyyət haqqında günlərlə, aylarla danışmaq olar: “O cümlədən bu gün əminliklə demək olar ki, Ulu Öndərin ruhu şaddır. Çünki dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyev xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən qeyd etdi ki, “mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları”. Bir daha demək istəyirəm ki, bu gün Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa edib, xalqımız Ulu Öndər tərəfindən əsası qoyulan quruculuq və inkişaf yolunda gələcəyə inamla addımlayır”.