YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatçısıdır

Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının inzibati binasında Ulu Öndərin büstünün açılışı olub.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Dövlət Himni səsləndirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycanın müstəqil dövlət kimi inkişafının, tarixi uğurlar qazanmasının Ümummilli Liderin titanik fəaliyyəti, məqsədyönlü siyasəti və əbədiyaşar ideyaları ilə bağlı olduğunu bildirib.

YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov qeyd edib ki, müstəqil və qalib Azərbaycanın məğrur vətəndaşları fenomenal şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərini hər zaman yüksək dəyərləndirir, əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirlər.

Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov ulu öndər Heydər Əliyevin qədim Gəncə şəhərinə göstərdiyi diqqət və qayğıdan danışıb, dahi şəxsiyyətin nurlu xatirəsinin qəlblərdə, yaddaşlarda əbədi yaşayacağını söyləyib.

Vətən müharibəsi iştirakçısı İmran Rəcəbov vurğulayıb ki, Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır.

Sonra partiya sıralarına yeni daxil olan bir qrup Vətən müharibəsi qazisinə üzvlük vəsiqəsi təqdim edilib.