YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qürurla anırıq!

Ağstafada Vətən müharibəsi şəhidi İmaməliyev Elvin Elsevər oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ariz Qədiməliyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, şəhid ailələri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri Qırılı kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Tədbir çərçivəsində həmçinin Vətən müharibəsi şəhidləri Hüseynli Əliheydər Səlahəddin oğlunun, Əmrahov Emin Əvəz oğlunun, Quliyev Təbriz İlqar oğlunun, Abdullayev Elgün Əmirxan oğlunun da məzarları ziyarət olunub, əziz xatirələri ehtiramla anılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Elvin İmaməliyev ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb. Elvin İmaməliyev həm də YAP Ağstafa rayon təşkilatı Gənclər Birliyinin sədri olub.