YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda Ulu Öndərin yubileyinə həsr olunmuş minifutbol turniri başa çatıb

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol üzrə rayon turnirinin final mərhələsi keçirilib.

Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş minifutbol turnirinin keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, onların öz asudə vaxtlarını səmərəli keçirmələrini təmin etməkdən ibarətdir

Turnirdə 4 qrup üzrə 16 komanda mübarizə aparıb. Birinci yerə Yevlax “Arfa mebel” komandası, ikinci yerə Yevlax “Mühafizə polisi” komandası, üçüncü yerə isə Yevlax “Qaz istismar sahəsi” komandası layiq görülüb.  

Qalib komandalara kubok, diplom və hədiyyələr təqdim olunub.