YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda Ulu Öndərin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər keçirib.

Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.

Ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarx göstərilib.

Tədbirlərdə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edilib. Bildirilib ki, müasir müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin əbədiyaşar ideyalarına xalqımız tərəfindən yüksək sədaqət nümayiş etdirilməsi dövlətçiliyin dayaqlarının sarsılmazlığını təmin etmişdir. Heydər Əliyev ideyaları Azərbaycanı zirvələrə yüksəldir.