YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının və Şuşa rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyalarının xalqımızın firavan həyatının təmin olunmasına, dövlətimizin güclənməsinə misilsiz töhfələr verdiyini, Azərbaycanı zirvələrə yüksəltdiyini qeyd edib.

Çıxışlarda ulu öndər Heydər Əliyevin şərəfli ömür yolunun Vətənə və xalqa sədaqətli xidmət nümunəsi olduğu bildirilib. Qeyd olunub ki, bu gün Azərbaycanın böyük uğurlara imza atması məhz ulu öndər Heydər Əliyevin ideyalarının əbədiyaşar olduğunu göstərir.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şahmat, mini-futbol, bilik yarışlarının qaliblərinə diplom və hədiyyələr təqdim olunub.