YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada şahmat turniri keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarovun adını daşıyan Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbində həvəskar gənclər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar şahmat turniri keçirilib.

Yarış Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının, Quba rayon Gənclər və İdman idarəsinin, Quba regional “ASAN xidmət” mərkəzinin və Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Turnirin keçirilməsində məqsəd Azərbaycanda şahmatın inkişaf strategiyasının əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və bu intellektual idman növünün kütləviliyinə nail olmaqdır.

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra müasir müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

7 mərhələdən ibarət olan və 40-a yaxın gəncin qatıldığı yarışda iştirakçılar fərdi şəkildə mübarizə aparıblar. 

Sonda qaliblər kubok, diplom, medallarla təltif olunub.