YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: İlk Avropa Oyunlarının müstəqil Azərbaycan üçün çox böyük tarixi əhəmiyyəti var

«“Bakı 2015” birinci Avropa Oyunları Azərbaycan üçün tarixi əhəmiyyətə malik bir tədbirdir. Hesab edirəm ki, Azərbaycan müstəqilliyini əldə etdikdən və ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsindən sonra ən böyük uğurumuz, tarixi nailiyyətimiz I Avropa Oyunlarının ölkəmizdə keçirilməsidir». Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bu, birinci növbədə Azərbaycanın Avropada, dünya miqyasında tanınması, təsdiq olunması və hüquqi, demokratik, sivil, iqtisadi, sosial cəhətdən inkişaf etmiş dövlət kimi dünya birliyi tərəfindən tanınmasının təsdiqinə əyani nümunə olacaq. Onun fikrincə, digər tərəfdən ölkəmizə gələn hər bir idmançı və yaxud onun məşqşçisi, idman azarkeçi, turist Azərbaycan mədəniyyəti, təbiəti və s. ilə yaxından tanış olacaq. Bununla da o, ölkəmizi sevəcək və Azərbaycanın necə gözəl ölkə olduğunu, xalqının nə qədər mədəni tolerant, intellektual olduğunun əyani şahidi olacaq.

«Oyunların iqtisadi cəhətdən çox böyük səmərəsi olacaq. Azərbaycana yeni-yeni biznes layihələri gələcək və biznes adamları öz təklifləri ilə bizə müraciət edəcəklər. Avropa Oyunlarının ölkəmiz üçün turizm əhəmiyyəti də böyükdür. Bu oyunlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına səbəb olacaq. Ölkəmizdə keçiriləcək Dünya şahmat çempionatı, daha sonra İslam Həmrəyliyi Oyunları Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdacaq. Bütövlükdə bu Oyunların müstəqil Azərbaycan üçün çox böyük tarixi əhəmiyyəti var. Hesab edirəm ki, bu oyunların ən yüksək səviyyədə keçirilməsi həm də ölkəmizin iqtisadi gücündən, mədəni inkişafından, demokratik hüquqi vətəndaş cəmiyyəti olmasından xəbər verir»- deyə, M.Quliyev vurğulayıb.