YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şanlı tarix səhifəsi

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Müstəqil, demokratik dövlətçilik tariximizin ən şanlı səhifəsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ömrünün böyük hissəsini xalqa, vətənə həsr edən bu dahi şəxsiyyət bugünkü müstəqil, demokratik və suveren Azərbaycan dövlətinin şanlı tarix səhifəsini yazdı. Müstəqil, demokratik Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. 

Müstəqil, demokratik Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri və xalq, vətən qarşısında misilsiz xidmətləri vardır. Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, onun ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümid yeri Ulu Öndər Heydər Əliyevlə bağlı olmuşdur. Azərbaycanın bugünkü inkişafının və tərəqqisinin təməl prinsipində Ulu Öndər Heydər Əliyev siyasi kursu dayanır. 1993-cu ilin iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu. Məhz Ulu Öndər Heydər Əliyev dühası və qətiyyəti sayəsində müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu. 

Ulu Öndər Heydər Əliyev fəaliyyəti ilə Vətənə sədaqətli xidmətin əyani nümunələrini yaratmışdır. Xalqın böyük sevgisini qazanan, Azərbaycanın xilaskarına çevrilən Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.

Bu gün Azərbaycanın əldə etdiyi hər bir uğurun əsasını Heydər Əliyev və İlham Əliyev siyasəti təşkil edir. Azərbaycan dünyada, regionda böyük siyasi, iqtisadi potensiala malik olan dövlət kimi xüsusi çəkiyə və nüfuza sahibdir.

Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu diplomatiyanın məntiqi nəticəsi olaraq ölkəmiz bölgədə və dünyada layiqli yerini tutaraq, regional liderliyini təmin edib.

Ulu öndər hər zaman milli ideologiyanı və azərbaycançlıq məfkurəsini hər şeydən üstün tutmuşdur. Məhz 44 günlük Vətən müharibəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək düşmənə çökdürücü zərbə vurmaları Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təzahürünün bir təntənəsi idi. Bu gün müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyev ideyaları ilə yaşayır və bu ideyalar ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir.