YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının fəalları sağlamlıq imkanları məhdud uşaqları sevindirib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının fəalları ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Saray qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı Sosial Xidmətlər Müəssisəsinin sakinlərini sevindiriblər.

İnternat evinin sakinləri qarşısında çıxış edən fəallar onlara xoş arzularını, niyyətlərini çatdırıb, hədiyyələr təqdim ediblər. Bildiriblər ki, ölkəmizdə hər bir qəbildən olan insanlar, xüsusən də fiziki və əqli qüsuru olan uşaqlar və böyüklər üçün dövlət tərəfindən davamlı olaraq diqqət və qayğı göstərilir.

2 saylı Sosial Xidmətlər Müəssisəsinin rəhbərliyi də onları belə bir gündə yad edərək görüşə gəldiklərinə görə fəallara minnətdarlığını bildirib.

Konsert proqramı ilə başa çatan görüş internat sakinlərinin böyük sevincinə səbəb olub.