YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycançılıq ideologiyasının banisi

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri          

Xalqımızın əvəzsiz oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünəqayıdış prosesinin başladıcısı və idarəedicisi Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində o qədər mühüm yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, qeyd etdiyimiz titulların heç biri Onun uğurlu fəaliyyətini tam əhatə etmir. Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik atdığı hər bir addımda özünü göstərirdi. Biz bu gün Ulu öndər haqqında danışarkən, adətən, Onu bir Ümummilli lider kimi səciyyələndiririk. Əlbəttə, bu, mübahisəsiz olaraq belədir. İnkaredilməz reallıqdır ki, Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Çünki o bütün ömrünü xalqının, milllətinin inkişafına, uğurlu gələcəyinə həsr etmişdir.

 Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdi. Ümummilli Lider ikinci dəfə hakimiyyətə qayıtdığı dövrdə də xalqa xidməti prioritet istiqamət seçmişdir. Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadıqları hər kəsə məlumdur. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi.

Üzərinə götürdüyü xilaskarlıq missiyasının ağırlığına, məsuliyyətinə baxmayaraq, ürəyi vətən, xalq sevgisi ilə döyünən dahi Lider bu missiyanı uğurla yerinə yetirdi. Ümummilli Lider Heydər Əliyev deyirdi: "Müstəqillik ona görədir ki, biz öz taleyimizin sahibi olaq, öz sərvətlərimizə yiyələnək və bu sərvətlərdən istifadə edərək xalqımızın daha yaxşı yaşamasına nail olaq". Azərbaycanın son 30 ildəki  inkişaf tarixi bariz şəkildə göstərir ki, Heydər Əliyev məntiqindəki "müstəqillik-iqtisadiyyat" dialektikası öz mahiyyəti, yeniliyi və konkretliyi ilə hər zaman aktualdır.

Bu gün Azərbaycan Ümummilli Liderin ideyaları əsasında inkişaf edir. Həmin siyasət Heydər Əliyev yolunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanın bugününə nəzər salsaq, qeyd-şərtsiz iddia edə bilərik ki, Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini 20-30 il öncədən görən lider olub.  Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitlik, iqtisadi və elmi-texniki tərəqqi, təhsil, müasir və güclü ordu, kadr hazırlığı, xalqın rifahı, milli dəyərlər – bütün bunlar ümummilli lider Heydər Əliyevin başlıca strateji hədəflərindən idi. Tam əminliklə demək olar ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün bu hədəflərə yetişib.