YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda Ulu Öndərin 100 illik yubileyi münasibətilə intellektual yarış keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının tərəfindən rayon məktəbliləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş intellektual oyun keçirilib.

İki turdan ibarət yarışın sualları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan tarixi və mədəniyyətinə həsr olunub.

Gərgin mübarizə şəraitində keçən yarışda birinci yerə 262 saylı tam orta məktəbin, ikinci yerə 149 saylı tam orta məktəbin, üçüncü yerə isə 156 saylı tam orta məktəbin komandaları layiq görülüb.

Qalib komandalara diplom və hədiyyələr təqdim olunub.