YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimidə “Heydər Əliyev İli” ilə əlaqədar futbol turniri başa çatıb

“Heydər Əliyev İli” ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun idarə və müəssisələrinin komandaları arasında təşkil olunan futbol turniri başa çatıb.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi əlilləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncləri iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Final görüş Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət komandanın qələbəsi ilə başa çatıb. 1-ci və 2-ci yer uğrunda qarşılaşma Nəsimi rayon məktəblərinin əməkdaşlarından ibarət komandası ilə Nəsimi rayon 44 günlük Vətən Müharibəsi iştirakçılarından ibarət komandanın görüşü keçirilərək, Nəsimi rayon 44 günlük Vətən Müharibəsi iştirakçılarından ibarət komanda 2-ci yerə, Nəsimi rayon məktəblərinin əməkdaşlarından ibarət komanda isə 1-ci yerə sahib olub.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyətinin Başçısı Asif Əsgərov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək qalib komandaları təbrik edib. Bildirilib ki, Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu Öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməyib.

Bədii hissədən sonra qaliblərə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən diplom, medallar və mükafatlar təqdim olunub.

Sonda xatirə şəkili çəkdirilib.