YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan bütün məqsədlərinə nail olacaq

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Prezident İlham Əliyev Cəbrayıl və Qubadlı rayonlarında növbəti dəfə səfərdə olub. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməllərini qoydub.

Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin, Horovlu və Şükürbəyli kəndlərinin təməlinin qoyulması tədbirində və 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışında iştirak edib. “Araz Vadisi İqtisadi Zonası”nda görülən işlərlə, Cəbrayıl şəhərində orta məktəbin binasında tikinti işlərinin gedişi ilə yaxından tanış oldu.

Artıq bir neçə dəfədir Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura səfər edərək burada görülən işlərlə yaxından tanış olur, gərgin iş qrafikinə baxmayaraq hər iki regionda aparılan işlərə özü birbaşa nəzarət edir. Bu eyni zamanda, Prezident İlham Əliyevin hər iki iqtisadi zonada görülən işlərə nə dərəcədə önəm verdiyini və həssas yanaşdığını göstərir.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev bölgədə infrastrukturla yanaşı, yeni iş yerlərinin yaradılması məsələsinə də xüsusi önəm verir. Bu baxımdan “Araz Vadisi İqtisadi Zonası”nda görülən işlər də xüsusi diqqət çəkir. Burada bir çox yeni müəssisələrin, zavodların yaradılması bölgə insanlarının işlə təmin olunmasına böyük töhfə verəcək.

Burada mühüm məsələlərdən biri də bütün bu işlərin Azərbaycan dövlətinin hesabına həyata keçirilməsidir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə heç bir sosial layihəni təxirə salmadan Qarabağa və Şərqi Zəngəzurda böyük quruculuq və abadlıq işləri həyata keçirir.

Bu həm də bir daha onu söyləməyə əsas verir ki, Azərbaycan mərhələli şəkildə bütün məqsədlərinə ən qısa zamanda nail olacaq. Tezliklə Qarabağ və Şərqi-Zəngəzur dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək. Bunun üçün bütün addımlar zamanında atılır.