YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimidə Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının M.Cəlal küç. 26 (240 nömrəli tam orta məktəb) ərazi partiya təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin birinci müavini Gülara Verdiyeva, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, məktəb direktorları, valideynlər, müəllimlər, şagirdlər iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Çıxışlarda vurğulanıb ki, Ulu Öndər müstəqil Azərbaycanın banisi, xalqımızın xilaskarıdır. Bu gün qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir, möhtəşəm uğurlar qazanır.

Tədbirə bədii hissə ilə yekun vurulub.