YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bişkekdə Heydər Əliyev haqqında ən yaxşı inşa müsabiqəsinin qalibləri məlum olub

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşkilatçılığı ilə Bişkekdə Heydər Əliyev  adına 20 nömrəli məktəb-gimnaziyada məktəblilər arasında “Mən Heydər Əliyev və Azərbaycan haqqında nə bilirəm?” mövzusunda ən yaxşı inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

Mükafatlandırma mərasimindən əvvəl Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov müsabiqə haqqında ətraflı məlumat verib. O, müsabiqədə fəal iştirak edən bütün məktəblilərə təşəkkür edib. "Əminəm ki, belə müsabiqələrin keçirilməsi ulu öndər Heydər Əliyev, onun zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları haqqında daha çox məlumat əldə etmək imkanı verəcək. Fürsətdən istifadə edərək Qırğızıstan rəhbərliyinə təşəkkürümü bildirirəm”, - deyə, səfir Lətif Qəndilov bildirib. 

Qeyd edək ki, qaliblərə qiymətli hədiyyələr təqdim olunub. Bildirilib ki, birinci yeri tutan inşa yazısı məktəb muzeyində saxlanılacaq.