YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni-yeni hədəflərə doğru

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Müstəqilliyinin bərpasının ilk illərində parçalanmaq, müstəmləkəyə çevrilmək təhlükəsini yaşayan Azərbaycan məhz Vətənini, xalqını canından artıq sevən, müdrik siyasi xadim Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində böhrandan xilas olmuş, inkişaf və tərəqqi yoluna çıxmışdır.  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider müasir müstəqil Azərbaycan dövlətini qurub yaratmaqla tarix yazmışdır. Yüksək vətənpərvərlik və milli təəssübkeşlik hissinə malik olan vətəndaş, tarixi şəxsiyyət və Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə özünəinam hissini, ölkəmizdə sabitlik və firavanlığı təmin etmişdir.

Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir, Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət etmişdir. Azərbaycanda uğurlu dövlət quruculuğu həyata keçirilmiş, bütün sahələrdə köklü islahatlar aparılmış, beynəlxalq əlaqələri inkişaf etdirilmiş, dövlətimizin dünyada mövqeyi möhkəmlənmişdir.

Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi hər bir azərbaycanlının qürur mənbəyini təşkil edir. Bu tükənməz sərvət gələcək nəsillər üçün zəngin xəzinədir və onun öyrənilməsi vacibdir. Bu günə qədər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs edən çoxsaylı tədqiqat əsərləri, qiymətli kitablar, dəyərli monoqrafiyalar yazılıb. Bütün bunlar böyük dövlət xadiminin, dahi siyasətçinin zəngin siyasi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi önəm kəsb edir.  Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir və ölkəmizi xoşbəxt gələcəyə aparan əvəzsiz mirasdır. Ölkəmizin bugünkü reallıqları Ümummilli Liderin qüdrətli Azərbaycan arzusunun gerçək olduğunu göstərir.

Son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təkmil islahatlar, yeniliyə əsaslanan siyasət nəticəsində Azərbaycan möhtəşəm uğurlar qazanır. Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirir, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edir.

Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunduğu, sabitlik adası kimi səciyyələndirilən ölkədir. Eyni zamanda, Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən ölkə kimi tanınır və nüfuz qazanır. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası uğurla həyata keçirilir. Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir. Neft gəlirlərindən səmərəli istifadə Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsində əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoymuşdu. Prezident İlham Əliyevin nümunəvi sosial siyasət kursu ölkəmizdə vətəndaş məmnunluğunun təmin olunması ilə müşaiyət olunur. Hər addımda özünə diqqət və qayğının şahidi olan xalqın Prezidentə inam və etimadı böyükdür, ətrafında sıx birləşərək gələcəyə böyük addımlarla irəliləyir. Məhz Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində Azərbaycanın bütün sahələr üzrə davamlı inkişafını təmin edən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində rəşadətli Azərbaycan Ordusu tariximizin şanlı Zəfər səhifəsini yazdı. Ümumiləşdirilmş şəkildə qeyd etsək, müstəqil və qalib Azərbaycan Ulu Öndərimizin görmək istədiyi Azərbaycandır, yeni-yeni hədəflərə nail olmaq üçün səylər göstərir.  Azərbaycan bundan sonra da Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində inkişaf yolunda qətiyyətlə addımlayacaq.