YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev irsində azərbaycançılıq məfkurəsi

Mayın 4-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Hesablama Palatasında “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov, Yeni Azərbaycan Partiyası Səbail rayon “Dövlət Auditi” ərazi partiya təşkilatının sədri Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının veteran üzvü Rizvan Vahabov iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Palatanın foyesində ucaldılan büstünü ziyarət ediblər, önünə gül dəstələri düzüblər.

Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2023-cü ilin Prezident İlham Əliyevin Sərəncamına əsasən ölkəmizdə "Heydər Əliyev ili" elan edildiyini qeyd edərək, Ulu Öndərin mənalı ömür yolundan, dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb.

Sonra tədbirdə çıxış edənlər Ümummilli Liderin hakimiyyətə qayıdışından sonrakı dövrdə ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafdan, həmçinin fəaliyyəti boyu Azərbaycanın çiçəklənməsi və qüdrətlənməsi yolunda gördüyü işlərdən bəhs ediblər.

Çıxışlardan sonra bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib.

Sonda xatirə şəkili çəkdirilib.