YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda silsilə idman yarışlarına yekun vurulub

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal rayon Gənclər və İdman idarəsi və Milli Məclisin deputatı Elnur Allahverdiyevin birgə təşkilatçılığı ilə ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan silsilə idman yarışlarının bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında baş tutan oyunlar Bakı Dövlət Universitetinin idman kompleksində keçirilib.

Yarışların bağlanış və mükafatlandırma mərasimində Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov çıxış edərək vurğulayıblar ki, gənclərin hərtərəfli formalaşması, idman sahəsində böyük nəaliyyətlər əldə etməsi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasətinin nəticəsidir. Vurğulanıb ki, gənclərin fəaliyyəti üçün yaradılmış geniş imkanlar, yüksək diqqət və qayğı Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Çıxışlarda qeyd olunub ki, gənclərimiz tək idmanda deyil, bütün sferalarda aktiv rolu ilə seçilir.

Çıxışlardan sonra qalib komandalar mükafatlandırılıb.

Sonda xatirə şəkilləri çəkdirilib.