YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ekspert novostey” qəzeti: Heydər Əliyev olmasaydı, müasir Azərbaycan da olmazdı

Kişineunun nüfuzlu “Ekspert novostey” qəzetində Moldova jurnalisti Sergey Ryabinin Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunan geniş məqaləsi dərc edilib.

Azərbaycan Respublikasının Moldovadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, “15 iyun - Azərbaycanın Milli Qurtuluş Günüdür” sərlövhəli məqalədə konkret faktlar və materiallar əsasında dövlətimizin gələcək taleyinin həll olunduğu dövrdə Azərbaycan tarixinin dönüş mərhələsindən danışılır.

Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçiliyimizin xilas edilməsində tarixi rolu xüsusilə vurğulanır. “Heydər Əliyev olmasaydı, müasir Azərbaycan da olmazdı”, - məqalədə qeyd edilir.