YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallı rayonunda “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib

Masallı  Gənclər Evində  “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”  elmi-praktik konfrans keçirilib.

Konfransda Masallı Rayon İcra Hakimiyyətinin  başçısı Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov,  Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının fəalları, idarə, müəssisə və ictimai təşkilatların rəhbərləri,  təhsil işçiləri,  ziyalılar və  media nümayəndələri  iştirak ediblər.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov  Ümummilli Liderin  həyat yolundan, dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən, Masallı rayonuna səfərlərindən və bölgənin bu günü üçün gördüyü işlərdən geniş bəhs edib. Bildirib ki, dahi şəxsiyyət 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Düşünülmüş və məqsədyönlü siyasəti ilə davamlı uğurlara yol açdı. Bu gün hansı sahəyə baxsaq Ulu Öndərin xidmətlərini görürük.

Konfransda çıxış edən Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib ki, Ümummilli Lider hər bir ölkənin inkişafında sabitliyin və iqtisadi tərəqqinin rolunu xüsusi önə çəkirdi. Bildirirdi ki, sabitlik olmasa, hansısa sosial-iqtisadi layihənin həyata keçirilməsindən danışmaq mümkün deyil. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin edərək “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu, Azərbaycanın iqtisadi və siyasi müstəqilliyi təmin edildi.

Millət vəkili onu da əlavə edib ki, Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyev bölgələrin tərəqqisini iqtisadi siyasətin əsası kimi öndə saxlayır. Bu gün bütün bölgələrimiz, o cümlədən işğaldan azad edilmiş ərazilərimiz inkişaf mərhələsini yaşayır.

Milli Məclisin deputatı Anar İsgəndərov Ulu Öndər Heydər Əliyevin  yaratdığı möhkəm təməlin bugünkü uğurlarımızda rolundan bəhs edib. Bildirib ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi Ümummilli Lideri vardır. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimiliyini və sarsılmazlığını təmin etdi. Bu gün Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qalibiyyətə imza atmaqla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.

Konfransda digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin hər bir istiqamətinin tədqiqat mövzusu olduğunu bildiriblər. Bir daha qeyd edilib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər  Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir. Onun zəngin və çoxşaxəli irsini  qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

DİGƏR Xəbərlər Arxiv