YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güclü iqtisadiyyata hədəflənmiş siyasət

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Bu gün Azərbaycan güclü iqtisadiyyata malik ölkədir. Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Müstəqil Azərbaycanın güclü və dayanıqlı iqtisadiyyata malik olmasının əsasını da məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursu təşkil edir.

Dahi şəxsiyyətin sovetlər dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə də məhz respublikamızın iqtisadiyyatı güclənmiş, kənd təsərrüfatı və sənayenin inkişafına nail olunmuşdur. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə naşı rəhbərlər və təsadüfi şəxslərin ölkə rəhbərliyinə gəlməsi hər bir sahdə olduğu kimi, iqtisadiyyat sahəsində də ciddi böhranın yaranmasına səbəb olmuşdu. Lakin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Bakıya qayıdan və ölkə prezidenti seçilən Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində ölkə öz nizamlı həyatına qayıtdı, iqtisadiyyatımız böhrandan çıxaraq inkişaf xətti tutmağa başladı.

Ulu Öndər Heydər Əliyevin ölkə əhəmiyyətli nailiyyətlərindən biri də neftlə bağlıdır. Azərbaycan neftinin dünya bazarına çıxarılması, əldə olunan gəlirlə milli büdcəni bərpa etmək, möhkəmləndirmək, əhalinin sosial səviyyəsinin yüksəldilməsi həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” haqqında müqavilə imzalandı. Müqavilə neft sahəsində Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. 

“Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı hasil olunacaq neftin dünya bazarına çıxarılması üçün əlverişli marşrutun axtarılıb tapılması da mühüm əhəmiyyət kəsb edirdi. Ulu Öndər neft kəmərinin çoxvariantlılığı ideyası ilə çıxış edərək Bakı-Supsa kəmərinin işə salınmasına, eyni zamanda "Əsrin müqaviləsi" çərçivəsində hasil olunacaq əsas neftin nəqli üçün "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin inşa edilməsi üzrə danışıqların intensivləşdirilməsinə nail oldu. 1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalanmış, bu kəmərin çəkilməsi yolunda yaradılan çoxsaylı əngəllərə baxmayaraq Ulu Öndərimizin siyasi iradəsi və uzaqgörənliyi sayəsində maneələrin hamısı dəf edilərək bu layihənin gerçəkləşməsi reallığa çevrildi,       2003-cü ildə kəmərin tikintisinə başlanıldı. Böyük çətinliklərə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin seçdiyi yol uğurlu oldu və Azərbaycan neftinin dünya bazarına çıxarılması reallığa çevrildi. Dahi şəxsiyyət həm də, Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan  Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoydu. Məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu enerji strategiyası bu gün ölkəmizin  güclü iqtisadiyyatının əsasını təşkil edir.

DİGƏR Xəbərlər Arxiv