YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Migel Dias-Kanel Bermudesi Kubanın dövlət başçısı seçilməsi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesə yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik məktubu göndərib.

Dövlətimizin başçısı xoş ənənələrə əsaslanan Azərbaycan-Kuba əlaqələrinin bu gün uğurla inkişaf etdiyi vurğulayıb.

Təbrik məktubunda, həmçinin deyilir: “İnanıram ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kuba xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.