YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xilaskarlıq missiyası

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Samux şəhər Kolayır ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Samux şəhər 3 saylı tam orta məktəbində tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə, həmçinin Vətən müharibəsində qazanılan şanlı Qələbəyə həsr edilən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və digərləri ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından bəhs edərək Ulu Öndərin irsinin xalqımızın qəlbində əbədi yaşayacağını və onun hər zaman dahi şəxsiyyət kimi xatırlanacağını qeyd ediblər.

Sonda məktəblilər Ulu Öndərə həsr edilmiş şeirlər səsləndirib, vətənpərvərlik mahnıları ifa ediblər.