YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ombudsmanı beynəlxalq təşkilatları susmamağa səsləyib

Hərbi qulluqçumuza qarşı qeyri-insani rəftar göstərilməsi faktı ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət ünvanlayaraq, bu fakta reaksiya verməyə və Ermənistanı beynəlxalq hüququn üzərinə götürdüyü tələblərinə riayət etməyə çağırmağa dəvət edirəm.

Ombudsman Aparatından verilən məlumata görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Səbinə Əliyeva aprelin 13-də Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə verilməsi və qeyri-insani rəftarla bağlı fakta münasibət bildirərkən deyib.

Qeyd olunub ki, bir neçə gün əvvəl əlverişsiz hava şəraiti ilə əlaqədar iki hərbi qulluqçumuzun yolu azaraq Ermənistanla sərhəd ərazidə itkin düşməsi barədə məlumatlar yayılmış və Ermənistan tərəfi bu faktı təsdiqləmişdi.

Səbinə Əliyeva Ermənistan kütləvi informasiya vasitələrində yayımlanan video və fotolarda Azərbaycan hərbi qulluqçusuna münasibətdə beynəlxalq sənədlərə zidd olaraq işgəncə və digər qeyri-insani hərəkətlərin törədildiyinin aydın şəkildə öz təsdiqini tapdığını bildirib. Belə ki, Ermənistan mediasında yayılan videoda azərbaycanlı hərbi qulluqçunun əl-qolu bağlanmış vəziyyətdə döyülməsi, ləyaqətinin alçaldılması müşahidə edilir. Ombudsmanın sözlərinə görə, “Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməlidir və hərbi əsirlər hər zaman xüsusən zorakılıq əməllərindən, hədələnməkdən müdafiə olunmalıdır.

“Azərbaycan Ombdusmanı olaraq, hərbi qulluqçumuza qarşı bu cür qeyri-insani rəftar göstərilməsi faktı ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət ünvanlayaraq, bu fakta reaksiya verməyə və Ermənistanı beynəlxalq hüququn üzərinə götürdüyü tələblərinə riayət etməyə çağırmağa dəvət edirəm. Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq həmin hərbi qulluqçularımıza baş çəkilməsini və onların vəziyyəti ilə bağlı məlumatların verilməsini tələb edirəm”, - deyə Səbinə Əliyeva qeyd edib.