YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağda şəhid ailələri və qazilər ilə görüş keçirilib

Qaradağ rayon Lökbatan qəsəbəsi Heydər Əliyev Mərkəzində şəhid ailələri və qazilər ilə görüş keçirilib.

Görüşdə YEni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, idarə, müəssisə, təşkilat, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışıb, zəfərlə başa çatan müharibənin dövlətçilik tariximizin şanlı səhifələrindən biri olduğunu bildirib. O qeyd edib ki, Vətən müharibəsində erməni ordusu üzərində tarixi Qələbənin qazanılmasında Qaradağ rayonunun igid oğullarının da əməyi böyükdür. Müharibənin ilk günlərindən böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanan qaradağlı könüllü gənclər, həmçinin hərbi xidmətdə olan əsgər və zabitlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında şərəfli döyüş yolu keçib, qəhrəmanlıq göstəriblər. Xalqımız qəhrəman övladları ilə hər zaman fəxr edir. 

Görüş zamanı şəhid ailələri və qazilərin problemləri dinlənilib. Problemlərin bir hissəsi yerindəcə həll olunub. Digər məsələlər isə nəzarətə götürülərək aidiyyəti orqanlara yönləndirilib.