YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Elşad Həsənov son mənzilə yola salınıb

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində şəhid olan Ağstafa rayon sakini, 1994-cü il təvəllüdlü Həsənov Elşad Qabil oğlu rayon Şəhidlər xiyabanında dəfn olunub.

Şəhidimizin yaşadığı evdə təşkil olunan vida mərasimində YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tabutun üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv