YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dayanıqlı inkişaf strategiyası

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bu gün Azərbaycanın region və bir çox dünya ölkələri ilə strateji əmkdaşlıq arqumentləri dövlətimizin beynəlxalq arenada artan nüfuzundan və dayanıqlı inkişaf strategiyasından xəbər verir.

Tarixə nəzər salsaq görərik ki, 1993-cü ildən etibarən Azərbaycan Avropa, Asiya və digər region ölkələri ilə münasibətlərdə maraqlı olduğunu bəyan etmiş, müxtəlif sahələrdə əlaqələr qurmağa başlamışdır və bu münasibətlər bu gün yüksələn xətt üzrə inkişaf etməkdədir.

Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, Beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur.

Bütün əldə olunan bu uğurların əsasını isə ölkə Prezidenti İlham Əliyevin yürütdüyü düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Məhz ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafın və tərəqqisinin əsasını təşkil edir.

Eyni zamanda Azərbaycan bölgədə və regionda etibarlı tərəfdaş kimi böyük potensiala malik olan bir dövlətdir və öz milli dövlətçilik maraqları çərçivəsində dünya arenasına uğurla inteqrasiya etməkdədir.

Prezident İlham Əliyevin 5 aprel tarixində Tacikistan Respublikasına dövlət səfəri xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, səfər çərçivəsində tərəflər müvafiq əməkdaşlıq sənədləri imzalanmışdır və yeni imzalanan bu sənədlər Azərbaycan- Tacikistan arasında yeni bir mərhələnin başlanğıcına təkan vermiş oldu ki, bu da ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu və nüfuzundan xəbər verir.

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonla  mətbuata birgə bəyanatı zamanı bildirmişdir: “Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan isə keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Təbii ki, o dövrü yaxşı bilən adamlar bunu təsdiq edə bilərlər. Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir.”

Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu gün Azərbaycan-Tacikistan münasibətləri geniş gündəliyə malik olmaqla yüksələn xətt üzrə uğurla inkişaf etməkdədir.

Məhz ölkə Prezidenti İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycan siyasi, iqtisadi sahədə dayanıqlı inkişafa nail olmuşdur və regionda böyük potensiala sahib olan bir dövlətdir.