YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni mərhələnin başlanğıcı

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

2018-ci il aprelin 11-də Azərbaycanda daha bir taleyüklü hadisə yaşandı – növbədənkənar prezident seçkiləri keçirildi. Azərbaycan seçicisinin mütləq əksəriyyətinin, 86,02 faizinin etimadını qazanan cənab İlham Əliyev Prezident seçildi. Bu mühüm siyasi hadisə müasir tariximizin yeni mərhələsinin başlanğıcı oldu.

Cənab İlham Əliyev 2018-ci il 18 aprel tarixində keçirilən andiçmə mərasimində bildirmişdir: “Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir.” Andçimə mərasimində Prezident İlham Əliyevin  Azərbaycanın gələcəyi ilə bağlı söylədiyi fikirlər atılacaq addımlar üçün yol xəritəsi oldu.

Reallıq budur ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçdi. Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmləndi, dövlətimiz gücləndi, onun qüdrəti və iqtisadiyyatı daha da artdı. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə gücləndi. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri kimi daha öz mövqeyini daha da gücləndirdi. "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqları dayanır" söyləyən Prezident İlham Əliyev ilk gündən iqtisadi inkişafın yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmasını qarşıya mühüm vəzifə kimi qoydu. Ölkəmizdə iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əmək haqqları, pensiyalar, müavinətlər davamlı şəkildə artırılır. Ölkə Prezidenti İlham Əliyevin fəaliyyətinin əsasında “Güclü dövlət, yüksək rifah” prinsipi dayanır. Məhz qarşılıqlı olaraq xalqın mütləq etimadı, inamı və sevgisi Prezident seçkilərinin nəticələrini müəyyənləşdirmiş oldu. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verdi, görülən işlərə, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs verdi.

Ölkəmizdə xalqın Prezidentinə inamını özündə ehtiva edən rəy sorğuları keçirilir. Bu sorğularda iştirak edənlərin böyük əksəriyyəti bildirir ki, dövlət başçısı İlham Əliyev təkmil islahatları, yeniliyə əsaslanan siyasəti ilə Azərbaycanın qarşısında geniş imkanlar açır. 2003-2018-ci illərdə dövlətimizin əldə etdiyi ən mühüm uğurlar siyahısında artan beynəlxalq nüfuz, qlobal dünyanın mühüm bir parçasına çevrilmək istiqamətində atılan addımlar mühüm rol oynayır. Bu uğurlar Azərbaycanın 2018-ci ildən sonrakı inkişaf dövrü üçün möhkəm baza oldu. Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi mövqeyini möhkəmləndirməsi son 5 ilin mühüm uğurları sırasındadır. Fərəhləndirici haldır ki, tarixi Zəfərimizdən sonra azad Şuşa iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Artıq bu məkandan dünyaya əməkdaşlıq, birlik, həmrəylik mesajları ünvanlanır.

Qeyd etdiyimiz kimi, 2003-2018-ci illər milli maraqların qorunmasına xidmət edən uğurlar dövrü kimi xarakterizə edilir. Azərbaycan həqiqətləri, erməni yalanları əsaslı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırıldı, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Prezident İlham Əliyev xalqı azərbaycançılıq məfkurəsi ətrafında daha da sıx birləşdirdi. Bu amil 44 günlük İkinci Qarabağ müharibəsi dövründə özünün təntənəsini bir daha ortaya qoydu. Azərbaycan xalqı  Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşdi. “Dəmir yumruq” tarixi Zəfərimizin rəmzinə çevrildi. 44 günlük Vətən müharibəsi dövründə ölkəmizdə fəaliyyət göstərən 50-dən artıq siyasi partiya dövlət başçısı İlham Əliyevə dəstəklərini Onun ətrafında birləşməklə təsdiqlədilər. Xalq 2018-ci ildə etimad göstərdiyi Prezidentinin səsinə səs verdi.