YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabit dövlət

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Azərbaycan-Taciksitan münasibətləri uzunmüddətli tarixi əlaqələrə əsaslanır. Hazırda iki ölkə arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır. Bu baxımdan Prezident İlham Əliyevin aprelin 5-də Taciksitana baş tutan dövlət səfəri çox mühüm əhəmiyyətə malikdir. Səfər zamanı imzalanan çoxsaylı sənədlər ölkələrimiz arasında əlaqələrin yeni mərhələdə inkişaf etdirilməsi üçün mühüm hüquqi baza rolunu oynayacaq. İmzalanmış sənədlərə əsasən Azərbaycan və Tacikistan arasında mədəniyyət, turizm, kənd təsərrüfatı və eləcə də iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq sürətlə inkişaf edəcək, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə münasibətlər daha da yaxınlaşacaqdır.

İmzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da böyük önəm kəsb edir. Bu fakt işğaldan azad edilmiş ərazilərlə bağlı beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin təzahürüdür. Tacikistan da hər zaman Azərbaycanın haqq işini dəstəkləyən ölkələrdən biri olmuşdur. Onu da qeyd etmək yerinə düşər ki, ötən il Bakı və Düşənbə şəhərləri arasında da Qardaşlaşma haqqında Memorandum imzalanmışdır.

1990-cı illərin əvvəllərində Tacikistan da ölkəmiz kimi  böyük çətinliklərlə üzləşmiş, ictimai-siyasi sabitlik pozulmuş, vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Lakin bu gün hər iki ölkə iki sabit dövlətdir. Müdrik rəhbərlərin gərgin əməyi nəticəsində əldə edilən bu sabitlik  ölkələrimizin davamlı inkişafını da səciyyələndirir. Dövlət səfəri zamanı mətbuata bəyanatında Prezident cənab İlham Əliyev ölkələrimiz arasında olan yaxın münasibətlər və sabitliyi əsas gətirərək bildirdi ki, Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır.

Səfərin nəticəsi olaraq yaxın zaman ərzində hökumətlərarası komissiyanın növbəti iclası Tacikistanda keçiriləcək və iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyması üçün konkret addımlar atılacaq. Hökumətlərarası komissiyanın iclasına qədər isə nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilmiş bütün tapşırıqlar yerinə yetiriləcəkdir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Dünyada cərəyan edən son hadisələr fonunda isə Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Bu baxımdan Azərbaycanla əməkdaşlıq etmək Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistanın da maraqlarına  uyğundur.