YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni imkanlar yaranır

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Şanlı Qarabağ zəfəri ilə canlanan Türk dünyası bu gün tarixinin önəmli bir dövrünü yaşamaqdadır. Bu  şanlı Zəfər  bütün Türk dünyasının qələbəsi, həm də Cənubi Qafqazda yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Çünki  dünyanın qədim və böyük xalqlarından olan türk millətinin birliyə nail olması,  qlobal problemlərin həllinə təsirini və töhfəsini daha çox artırar. Bu kontekstdə Türk Dövlətləri Təşkilatının fəaliyyəti xüsusi əhməmiyyət kəsb edir. Məhz cənab İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü dediklərimizin əyani sübutudur.

Bildiyimiz kimi, bu mötəbər tədbirin Şuşada keçirilməsi planlaşdırılmışdı. Ancaq Türkiyədə baş vermiş əsrin fəalkəti ilə əlaqədar cənab  İlham Əliyev qardaş ölkəyə dəstək üçün Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Bu təklif digər türk dövlətlərinin liderləri tərəfindən də çox müsbət qarşılandı. Zirvə görüşündə Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlər ən yüksək səviyyədə müzakirə edilib. Həmçinin görüşdə Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkiblər.
Bu gün Türk dilli xalqların tərəfdaşlığı və əməkdaşlığı çərçivəsində sözügedən təşkilat regionda və dünyada sülhün, təhlükəsizliyin və stabilliyin təmin edilməsini hədəfləyir.
Türk Dövlətləri Təşkilatının enerji təhlükəsizliyini təmin etməsi və enerji mənbələrinin diversifikasiyalaşmasında rolu iqtisadi əməkdaşlığı dərinləşdirməkdədir. Türkdilli dövlətlər arasında  münasibətlərin yüksələn xətlə inkişafı, KİV-lər arasında əlaqələrin qurulması, ümumi maraq və mənafelər naminə fəaliyyətin zərurətə çevrilməsi kimi amillər zamanın tələbi kimi aktuallaşıb. Xarici siyasətdə azad olmağa çalışan türk ölkələri öz aralarında ticarət əlaqələrini artırmaq üçün iqtisadi olaraq xarici güclərdən asılılığı yox etməyi prioritet istiqamət kimi müəyyən ediblər.

Ölkəmizin türk dünyası birliyindəki həlledici rolu hər keçən gün artmaqdadır. Hazırda ölkələrimizin yerləşdiyi regionlarda həyata keçirilən nəhəng iqtisadi layihələr Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayır. Xəzər neftini və qazını dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri artıq istismara verilmişdir. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir. Zəngəzur dəhlizinin də açılması Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.
Bu birlik türk dövlətlərinin dünyanın iqtisadi, siyasi səhnəsində,  təhlükəsizlik məsələsində sözlərini birgə deməyə yeni imkanlar yaradır. Həmçinin türk dövlətlərinin yan təsirlərdən qorunması, öz daxili təhlükəsizliklərini təmin etməsi baxımından vacibdir.