YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Bütün Avropa ictimaiyyəti bu Oyunlarla bağlı prosesləri maraqla izləyir

«Bu gün Azərbayana qarşı qərəzli kampaniyalar həyata keçirənlər səhv yoldadırlar». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, Azərbaycan ilk Avropa Oyunları ilə böyük uğura imza atır və bu, bütün xalq tərəfindən də dəstəklənir. Onun sözlərinə görə, öz daxilimizə uğurlarımıza sevinməyənlərin mövqeyi ən azı təəssüf doğurur.

«Bakıda keçirilən ilk Avropa Oyunları Avropa Olimpiya Komitəsinin proqramına uyğun olacaq. Azərbaycan bu Oyunları həmin qaydalara müvafiq keçirəcək. Bu gün ölkəmiz bir ilkə imza atmaqla bu hadisənin təntənəsini yaşayır. Bütün Avropa ictimaiyyəti bu Oyunlarla bağlı prosesləri maraqla izləyir»- deyə, R.Rzayev vurğulayıb.