YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda keçirilən müsabiqənin nəticələri açıqlanıb

Kütləvi informasiya vasitələri üçün “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya  təminatınızdır” mövzusunda elan edilən müsabiqənin nəticələrinin acıqlanması münasibətilə iyunun 10-da Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda (DSMF) tədbir keçirilib.

Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq keşirilən müsabiqəyə həm televiziyalar, həm də qəzet və xəbər portalları böyük maraq nümayiş etdiriblər. Müsabiqəyə 1 aprel 2015-ci il tarixdən 15 may 2015-ci il tarixə kimi Azərbaycan Respublikasının sığorta-pensiya sistemi, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının pensiya təminatında başlıca meyar olması, sosial sığortanın mahiyyət etibarı ilə vergidən üstün olması, fərdi uçot sistemi və onun rolu, DSMF tərəfindən qeyd edilən sahələrdə həyata keçirilən işlərlə bağlı qəzet və jurnallarda, saytlarda çap edilmiş analitik məqalələr, televiziyada yayımlanmış verilişlər, süjetlər  təqdim  olunub.

Məlumatı  DSMF-nin İctimaiyyətlə əlaqələr sektoru yayıb.
Müsabiqənin nəticələrinə görə, “Ən yaxşı məqalələr” nominasiyası üzrə 1-ci yeri  “Yeni Azərbaycan” qəzetinin müxbiri Mübariz Abdullayev, 2-ci yeri “Melumat-merkezi.com” xəbər saytının redaktoru Günel Cəlilova və “Novosti.az” İnformasiya Agentliyinin müxbiri Fuad Əlizadə, 3-cü yeri isə “Azvision.az” xəbər  saytının redaktoru Anar Rüstəmov, “İki sahil” qəzetinin müxbiri Sevinc Məmmədova, “Moderator.az” xəbər saytının redaktoru  Seymur Əliyev tutublar.
Müsabiqə dövründə televiziya kanallarında verilmiş “Ən yaxşı telesüjetlər” nominasiyası üzrə 1-ci yerə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin müxbiri Əli Rzayev, 2-ci yerə “İctimai” Televiziyanın böyük redaktoru Xuraman Məmmədova və “Lider” Televiziyasının   müxbiri   Rövşən Abdurəhmanov, 3-cü yerə isə “Space” Müstəqil  Televiziya və Radio Şirkətinin müxbiri  Famil Fərhadoğlu və “Region” Televiziyasının müxbiri  Zümrüd İbrahimova layiq görülüblər.
Müsabiqənin yekunlarına əsasən “Simsar.az” xəbər saytının redaktoru   Elmir Murad, “Xəzərinfo.az” xəbər portalının əməkdaşı Aysel Kərimova, “TvPress.az”  İnformasiya Agentliyinin baş redaktoru  Lalə Mehralı, “Baymedia.az”  İnformasiya Agentliyinin müxbiri   Cavid Şahverdiyev, “Üç nöqtə”  qəzetinin müxbiri   Xalid Vahidoğlu, “Həftə içi” qəzetinin redaktoru  Elxan Salahov, “Teleqraf.com” xəbər saytının redaktoru Ruslan Xəlil, “Modern.az” xəbər agentliyinin müxbiri  Gülşən Raufqızı, “Report.az” xəbər saytının müxbiri Samirə Abdullayeva, “Tezxeber.az” xəbər saytının müxbiri Yaqut Məmmədova, “Trend.az” İnformasiya Agentliyindəki məqaləsinə görə Təbriz Vəfalı, “Xeberservis.az”  Analitik İnformasiya Agentliyinin müxbiri   Könül Salahova, “Anspress.com” xəbər portalının xüsusi müxbiri Şahin Həbibov, “Ədalət” qəzetindəki məqaləsinə görə  Südabə Sərvi, “Publika.az” xəbər saytının müxbiri  Gülnar Əliyeva “Ən yaxşı məqalələr” nominasiyası üzrə fərqləndiklərinə görə diplom və həvəsləndirici mükafata layiq görülüblər.
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev qalibləri və müsabiqədə fərqlənənləri təbrik edərək, onlara diplomları təqdim edib. Fondun sığorta- pensiya sahəsində görülən işlərlə bağlı əhalinin maarifləndirilməsinə xüsusi önəm verdiyini vurğulayan E.Mehdiyev, bu işdə fəal iştirak edən media nümayəndələrinə təşəkkürünü bildirib və kütləvi informasiya vasitələri ilə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.