YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniyanın Radio və Televiziya Korporasiyasının saytında Avropa Oyunları ilə bağlı məqalə yayılıb

İspaniyanın Radio və Televiziya Korporasiyasının (RTVE) rəsmi saytında “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı məqalə dərc olunub.

Ruben Herasın müəllifi olduğu məqalədə Bakı şəhərinin Olimpiya dəyərləri əsasında köhnə qitədə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməsi, infrastruktur, idman növləri və yarışlar barədə ətraflı məlumat verilir. Bildirilir ki, “Rio-2016” Yay Olimpiya Oyunlarının başlanmasına bir ildən artıq vaxt qalarkən Olimpiya hərəkatı təqviminə Avropa Oyunları əlavə olunur.

İlk Oyunlara Azərbaycanın paytaxtı Bakı şəhəri ev sahibliyi edir. Yazıda Avropa Oyunlarının keçirilməsinin əsas təşəbbüskarlarından olan İspaniya Olimpiya Komitəsinin prezidenti Aleksandro Blankonun fikirlərinə də yer verilir: “Azərbaycan Asiya və Avropanın qovuşuğunda yerləşən cazibədar ölkədir. Bu ölkə Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. Azərbaycan qapılarını dünyaya açır, bu ölkədə idman və turizm daha da inkişaf edəcək”. Müəllif məqalədə 2016-cı ildə ilk dəfə Azərbaycanda Formula-1 üzrə Avropa Qran-pri yarışlarının keçiriləcəyini də diqqətə çatdırır.