YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Stolüstü Tennis Federasiyasının saytında “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı məqalə dərc olunub

“Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasiminə bütün biletlər artıq satılıb.

Bu barədə Avropa Stolüstü Tennis Federasiyasının internet səhifəsində yerləşdirilmiş məqalədə məlumat verilir.

Məqalədə Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin müsahibəsi yer alıb.

S.Kleq müsahibəsində bildirib ki, birinci Avropa Oyunlarını keçirmək Azərbaycanın idman tarixində ən böyük hadisə olacaq. Biz bununla fəxr etməliyik. Artıq 30 aydır ki, biz bu heyrətamiz şou üzərində işləyirik və xəyalları gerçəkliyə çevirməyə nail olmuşuq. Bütün bunlarla yanaşı, Avropanın son 50 illik idman tarixində ilk dəfə olaraq açılış mərasiminin keçiriləcəyi stadionda bir dənə də boş yer olmayacaq. 78 faizi yerli vətəndaşlardan ibarət bütün BEGOC heyətinə bu möhtəşəm işə verdikləri töhfəyə görə təşəkkür edirəm. Birinci Avropa Oyunlarına olan maraq biletlərin satışında özünü göstərir. Təkcə açılış mərasiminin deyil, yarışların biletləri də sürətlə satılır.

BEGOC-un bilet satışı şöbəsinin rəhbəri Mirjam Bogatajın müsahibəsinə istinadən yazıda qeyd olunur ki, satılan biletlərin orijinallığına əmin olmaq üçün ən yaxşısı biletləri Bakıdakı və Mingəçevirdəki kassalardan əldə etməkdir.

Bildirilir ki, bilet əldə edə bilməyənlər üçün açılış mərasimi Oyunların rəsmi internet səhifəsi Baku2015.com-da canlı yayımlanacaq. Mərasim başa çatdıqdan sonra tədbirin 10 dəqiqəlik icmal videosu da sayta yerləşdiriləcəkdir.