YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya yığmasının baş məşqçisi: Azərbaycan güləşçiləri bizim əsas rəqiblərimizdir

Bakıda Avropa Oyunlarında yüksək əyarlı üç-dörd mükafatın qazanılması sərbəst güləş üzrə Rusiya yığması üçün uğurlu nəticə olacaq. Bu sözləri Rusiya milli komandasının böyük məşqçisi, Olimpiya çempionu Hacımurad Maqomedov söyləyib.

Sərbəst güləşçilər 8 çəki dərəcəsində mükafatlar uğrunda iyunun 17-18-də mübarizə aparacaqlar. Rusiyalılar 2014-cü ildə Daşkənddə keçirilən dünya çempionatında 5 qızıl və bir bürünc medal qazanıblar.

H.Maqomedov deyib: “Komandamızın Bakıda Avropa Oyunları ərəfəsində son təlim-məşq toplanışları Novoqorskda keçirilib. Bütün idmançılar ciddi hazırlaşırlar. İrəlicədən qərara alındığı kimi, Bakıda may ayında Kaspiysk şəhərində keçirilən Rusiya çempionatının bütün qalibləri çıxış edəcəklər. Üç-dörd qızıl medal qazansaq, bunu yaxşı nəticə saya bilərik”.

Avropa Oyunlarında çıxış etmək hüququnu Viktor Lebedev (57 kiloqramadək çəki dərəcəsi), Aleksandr Boqomoyev (61 kq), İlyas Bekbulatov (65 kq), Maqomedrasul Qazimaqomedov (70 kq), Aniuar Geduyev (74 kq), Abdulraşid Sadulayev (86 kq), Abdusalam Qadisov (97 kq) və Hacımurad Qatsalov (125 kq) qazanıblar.

H.Maqomedov deyib: “Rəqiblərimiz Azərbaycan güləşçiləri olacaq. Əminəm ki, onlar öz xalçasında ən yüksək nəticə göstərməyə çalışacaqlar. Ayrı-ayrı çəki dərəcələrində isə türkiyəli idmançılar daha təhlükəlidir”.