YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Reallığa çevrilən arzular

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycanın adı çəkiləndə ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında xidmətləri göz önünə gəlir. Görülən işləri, yaradılan möhkəm təməl üzərində Azərbaycanın uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. “Bugünkü Azərbaycan Heydər Əliyev siyasətinin təntənəsidir” deyiriksə, bu xidmətlərin miqyasının nə qədər geniş olduğu özünü aydın şəkildə nümayiş etdirir. Çünki Azərbaycan hər günü çoxəsrlik tarixinə bir uğur səhifəsi kimi yazır.

Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı həmin dövrün xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından, torpaqlarımızın işğalından xilas etdi. Xalqın sabaha olan ümidləri bərpa edildi. İlk gündən həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaratdı. Müstəqiliyimizin daimiliyini təmin edən Ümummilli Lider Azərbaycanın dünyaya Günəş kimi doğacağına əminliyini bildirdi.  Bu gün dahi şəxsiyyətin hər bir arzusunun reallıqda öz əksini tapdığını böyük qürur hissi ilə qeyd edirik.

Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Lider özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.

Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayaraq öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Geniş bilik və dərin təfəkkür sahibi olan Ümummilli Lider düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu öndər Heydər Əliyev bu çağırışı etmişdir ki, biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin: “Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır.”

Bu gün artıq qürurla qeyd edirik ki, müstəqilliyini əbədi və dönməz edən Azərbaycan iki ildən artıqdır ərazi bütövlüyünü təmin edərək özünü dünyaya qalib ölkə kimi təqdim edir. Bütün bu möhtəşəm uğurların əsasında Ümummilli Liderin düşünülmüş və gələcəyə xidmət edən siyasəti və hazırda bu xətti Prezident İlham Əliyevin uğurla davam etdirməsi dayanır.

Dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biri məhz 2003-cü ildə xalqa müraciətində qarşıdakı dövrdə Azərbaycanı möhkəm təməl üzərində uğurla inkişaf etdirməyə qadir ünvanı göstərməsi oldu. Keçilən yolun qısa təhlili əsasında belə bir ümumiləşdirməni fəxrlə qeyd edirik ki, ulu öndər Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.