YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərəfli döyüş yolu

Vətən müharibəsi şəhidi Əliyev Yunis Zaur oğlunun və 2022-ci ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribat zamanı şəhid olan Həsənov İbrahim Şöhrət oğlunun ailələri ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, şəhidlərin məzun olduqları 327 nömrəli tam orta məktəbin direktoru Könül Əliyeva, məktəbin psixoloqu Aidə Abdullayeva görüşlər zamanı 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycan ordusunun tarixi qələbəsindən danışıb, şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs edib, xatirələrinin qəlblərdə əbədi yaşayacaqlarını vurğulayıblar.

Şəhidlərin ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.