YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlik zirvəsində…

Lerik rayonu Livədirqə kəndində Vətən müharibəsi şəhidi Əkbərov Əmrah Şahid oğlunun doğum günündə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının əməkdaşı Elman Rəcəbov, Lerik Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin nümayəndəsi Kamran Əliyev, YAŞAT Fondunun Lerik rayonu üzrə nümayəndəsi Əlizamin Rzayev, şəhid Əbülfəz Məmmədov adına Livədirqə kənd tam orta məktəbinin direktoru Qurban Ağayev, kənd sakinləri şəhidin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra şəhid Əbülfəz Məmmədov adına Livədirqə kənd tam orta məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Qeyd edək ki, şəhid Əmrah Əkbərov 1998-ci il fevralın 21-də Lerik rayonunun Livədirqə kəndində anadan olub. 2020-ci il oktyabrın 12-də Hadrut döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Əmrah Əkbərov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.