YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnformasiya cəbhəsində də üstünük

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

59-cu Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə beynəlxalq dəstəyi bir daha nümayiş etdirdi. Regionda təhlükəsizliyin qurulması ilə bağlı müzakirələrin getdiyi plenar iclasda cənab İlham Əliyevin çıxışı böyük maraqla qarşılandı. Ölkə Prezidenti tarixi həqiqətləri əsaslı şəkildə şərh etməklə ölkəmizin hər zaman sabitliyə, əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırdı. Bu reallıq daim təqdir edilir ki, Azərbaycan sabitləşdirici aktordur. Ölkəmiz hər bir münaqişəli məsələnin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin vacibliyini bildirir.

Bu günümüzün əsas müzakirə mövzusu olan sülh müqaviləsinin imzalanması məsələsi Münxen Təhlükəsizlik Konfransında diqqətdə oldu. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq qurum da bu məsələyə xüsusi diqqət yetirir. İştirakçıların sayı da kifayət qədər çox idi, maraq da kifayət qədər böyük idi. Əgər bu müzakirə daha bir neçə saat davam etsəydi, yəqin ki, heç kim bu toplantını tərk etməzdi. Azərbaycanın mövqeyinə gəldikdə, birmənalıdır, açıqdır: “Mən bunu qapalı görüşlərdə də ifadə edirəm, rəsmi açıqlamalarımda da… Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür.”

Tarixə nəzər salsaq. 2020-ci ilin fevral ayında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında canlı debat keçirilmişdi. Azərbaycan və Ermənistan rəhbərləri arasında tarixdə ilk və yeganə canlı efir debatı olduğu üçün ona maraq da çox böyük idi. Həmin debatda dünyanın gözü qarşısında ölkə Prezidenti İlham Əliyev tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi. Bununla da Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurdu.

Azərbaycanın informasiya cəbhəsində üstünlüyü 44 günlük İkinci Qarabağ müüharibəsində tarixi Zəfərimizdə də öz sözünü dedi. Münaqişənin həlli ilə bağlı möhkəm hüquqi bazanın mövcudluğu döyüş meydanında şanlı Qələbəmizi şərtləndirən amillər sırasında oldu. Həmin dövrdə də cənab İlham Əliyevin 30-dan artıq xarici mətbuata müsahibəsi Ermənistana və ona havadarlıq edən dövlətlərə tarix, hüquq dərsi oldu. Cənab İlham Əliyevin hər bir çıxışı, müsahibəsi Azərbaycan həqiqətlərinin öyrənilməsi üçün zəngin mənbədir. Bu baxımdan 59-cu Münxen Təhlükəsizlik Konfransı da Azərbaycan tarixinə diplomatik qələbə kimi yazıldı. Dövlət başçısı İlham Əliyevin tutarlı cavabları qarşısında Ermənistanın baş nazirinin aciz durumu tədbir iştirakçılarının diqqətindən kənarda qalmadı. Dövlət başçısı İlham Əliyevin “Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər” çağırışı yeni reallıqların mövcudluğunu və bunu hər kəsin qəbul etməsinin vacibliyini özündə əks etdirir. Sülh, sabitlik, təhlükəsizlik əməkdaşlığı möhkəmləndirən əsas amillərdir.