YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İddialar darmadağın edildi

Seyfəddin Əliyev

YAP Masallı rayon təşkilatının sədri

Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı və irəli sürdüyü qətiyyətli bəyanatları Azərbaycan diplomatiyasının növbəti uğuru, Ermənistanın isə diplomatik kapitulyasiyası oldu. 

Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında Azərbaycan həqiqətlərini həm platformanın təşkilatçılarına və onun auditoriyasında olan insanlara, həm də bütün dünyaya çatdırmaq üçün səmərəli şəkildə istifadə etməkdədir.

Danılmaz faktdır ki, sonuncu Münhen Təhlükəsizlik Konfransında cənab Prezidentin iştirakı kifayət qədər məhsuldar və zəngin oldu. Eyni zamanda, Münhen Təhlükəsizlik Konfransının başladığı birinci günündə ABŞ-ın dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərlərinin bir araya gəlməsi ciddi hadisə kimi dəyərləndirilməlidir. Cənab Prezident bu görüşdə bir daha Azərbaycanın Qarabağ və Ermənistanla münaibətlərin bərpası ilə bağlı prinsipial mövqeyini ortaya qoydu, həmçinin Ermənistanın bütün bəhanələrədn əl çəkərək sülhə, təhlükəsizliyə hazır olduğunu nümayiş etdirmək üçün cəsarətli addım atmasının vacibliyi önə çəkildi.

Azərbaycanın dövlət başçısı tərəfindən atılan mühüm addımlardan biri də  Ermənistanla Azərbaycan arasında nəzarət-buraxılış məntəqəsinin yaradılması təklifini irəli sürməsi oldu.

Bu məqamda daha bir amili də xatırlatmaq yerinə düşərdi. Belə ki, Azərbaycan tərəfindən beynəlxalq hüquq normalarına söykənən sülh sazişinin bağlanması uzun müddətdir ki, irəli sürülüb. 5 maddədən ibarət təkliflər həm Ermənistan, həm də ABŞ-a göndərilib. Eyni zamanda, bu görüşdə Azərbaycanın haqqa, ədalətə söykənən mövqeyi Prezident İlham Əliyev tərəfindən önə sürüldü. Eləcə də, Azərbaycanın dövlət başçısı tərəfindən atılan mühüm addımlardan biri də Ermənistanla Azərbaycan arasında nəzarət-buraxılış məntəqəsinin yaradılması təklifini irəli sürməsi oldu.

Məlumdur ki, Laçın yolu ətrafında Ermənistana havadarlıq edən bir sıra dairələr tərəfindən manipulyasilyalar aparılır. Həm Ermənistan, həm də onun yanında olan ayrı-ayrı dövlətlər guya Laçın yolunun bağlandığını önə çəkməyə cəhd edirlər. BMT-dən tutmuş ən müxtəlif platformalarda bu yalanı irəli sürürlər. Prezident İlham Əliyev Blinkenlə görüşündə də Laçın yolunun açıq olduğunu konkret faktlarla diqqətə çatdırdı. Təbii ki, bu həqiqət ABŞ-a da məlumdur. Onlar da yaxşı bilirlər ki, heç bir blokadadan söhbət getmir, əksinə hər gün bu yoldan müxtəlif humanitar təyinatlı avtomobillər istifadə edilməkdədir. Aydındır ki, Ermənistanın mənasız və əsassız fikirlərinə son qoymaq, Azərbaycana gələ biləcək yük və insanların süzcəkdən keçirilərək ölkə ərazinə buraxılmasına xidmət edən nəzarət-buraxılış məntəqəsinin yaradılması olduqca cəlbedici və beynəlxalq hüquq normalarına söykənən bir addım olar. Ölkə başımızın da dediyi kimi, həm Ermənistan-Azərbaycan sərhədi boyu, həm də gələcəkdə Zəngəzurda hər iki tərəfdən belə bir nəzarət-buraxılış məntəqəsinin yardılması bir çox baxımdan böyük önəm kəsb edər. Bu, son dərəcədə ciddi və əsaslandırılmış təklifdir və söz yox ki, əgər Prezident İlham Əliyev həmin istiqamətdə qərar verirsə, onun mütləq icra ediləcəyinə kimsə şübhə edə bilməz.

Beləliklə, biz onu da əminliklə deyə bilərik ki, “Dağları aşmaq. Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusundakı plenar iclasda Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərlərinin eyni platformada görüşməsi tarixi bir hadisədir. İlk dəfə olaraq müstəqillik qazandıqdan sonra belə bir platformada üç lider bir araya gəldi. Bu, üç dövlətin gələcək əməkdaşlığının təməlidir. Əgər Ermənistan özünü normal bir dövlət kimi aparsa, Paşinyan həm də öz xalqının gələcəyini nəzərə alsa, o zaman bu platformada faydalı əməkdaşlıq aparmaq olar.

Lakin o da bəllidir ki, Paşinyan beynəlxalq miqyaslı siyasi riyakardır. Çünki bu fakt özünü moderator tərəfindən verilən suallara cavabında da özünü göstərdi. Ermənistanın baş naziri sualları bir kənara qoyub mənasız, məntiqsiz fikirlər səsləndirdi. Paşinyan platformanın, ora qatılan insanların səviyyəsinə hörmət qoymadan açıq-aşkar yalanlar danışdı. Əslində bunu panel toplantıya qatılanlar da çox gözəl bilirdilər...

Konfransın sonuncu plenar iclasında üç dövlət başçısnın iştirakı gələcək münasibətlərin bu formatda inkişafı baxımından atılan mühüm addım idi. Lakin onu da etiraf edək ki, moderatorun özü hər halda gözlədiyimiz səviyyədə sözügedən platformanı apara bilmədi. O, daha çox Cənubi Qafqazın təhlükəsizliyinin qorunması ilə bağlı suallar ünvanlamalı idi. Lakin o bunu etmədi. Saakaşvilinin məsələsini qoydu, Azərbaycanla bağlı fərqli sual ünvanladı və Ermənistana havadarlıq etdiyini sərgilədi. Paşinyanın dolaşıq, qeyri-müəyyən, məntiqsiz, sualların mahiyyətindən kənar cavablarına reaksiya vermədi. Ancaq buna baxmayaraq, Prezident İlham Əliyev bir daha Azərbaycanın haqqa, ədalətə söykənən mövqeyini ortaya qoydu. Aparmış olduğumuz 44 günlük Vətən müharibəsinin ədalətli müharibə olduğunu, işğaldakı torpaqların azadlığına xidmət etdiyini konkret faktlarla diqqətə çatdırdı. Xüsusilə, “Dağlıq Qarabağ” ifadəsi ilə bağlı sərt və qəti mövqeyini dünya birliyinin diqqətinə çatdırdı, vurğuladı ki, Azərbaycanın Qarabağ regionu var və hər şeyi öz adı ilə çağırmaq, Azərbaycanın Konstitusiyasına hörmət qoymaq vacibdir!

Prezident İlham Əliyev Azərbaycanın dövlət maraqlarına, strateji və milli maraqlarına söykənərək cəsarətli, qətiyyətli, bütün auditoriyaya qəbul etdirə biləcəyi fikirlər səsləndirdi.

Dövlətimizin başçısı eyni zamanda, Ermənistanın sürüşkən mövqeyinə toxunaraq 28 il sülh danışqlarının bir nəticə vermədiyini, indi də bu nəticənin verilməsində Ermənistanın lazımi iradə göstərmədiyini Paşinyanın bilavasitə üzünə dedi. Dövlət başçısı Ermənistanın sülh sazişini imzlamaqdan yayındığını, ölkəmizin daxili işlərinə qarışmağa cəhd etdiyini, onun ərazi bütövlüyünüə bu gün də hörmət qoymaq istəmədiyini beynəlxalq auditoriyanın diqqətinə çatdırdı, Azərbaycanın dövlət maraqlarına, strateji və milli maraqlarına söykənərək cəsarətli, qətiyyətli, bütün auditoriyaya qəbul etdirə biləcəyi fikirlər səsləndirdi.

Bu reallıqlar onu da sübut edir ki, keçirilən bütün görüşlər Azərbaycan həqiqətlərinin dünyanın diqqətinə çatdırılması son dərəcə əhəmiyyətli idi. Hər bir Azərbaycan vətəndaşı əmindir ki, Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı və irəli sürdüyü qətiyyətli bəyanatları Azərbaycan diplomatiyasının növbəti uğuru, Ermənistanın isə diplomatik kapitulyasiyası oldu.