YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövcud reallıqlar və Azərbaycanın mövqeyi

“Dünyanın 40 dövlət liderinin və ümumilikdə  800 nəfərdən çox hökumət nümayəndəsinin iştirak etdiyi 59-cu Münxen Təhlükəsizlik Konfransı ölkəmiz üçün bir sıra hadisələrlə əlamətdar olmaqla yanaşı Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi kimi tarixə həkk oldu. Belə əlamətdar və yüksək səviyyəli beynəlxalq tədbirdə Prezident İlham Əliyevin iştirak etməsi Azərbaycanın və ölkə başçımızın dünyadakı yüksək və artan nüfuzunun göstəricisidir. Konfrans çərçivəsində Prezident İlham Əliyev bir sıra hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri və digər rəsmi şəxslərlə görüşlər keçirdi, plenar iclaslarda, dəyirmi masada iştirak etdi.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda iştirak edən Prezident İlham Əliyev yüksək siyasi bacarığı, səlist nitqi, məntiqli və tutarlı cavabları ilə mövcud reallıqları və Azərbaycanın haqlı mövqeyini ortaya qoydu. Cənab Prezidentimiz öz çıxışında növbəti dəfə ölkəmizin sülhsevər mövqeyini bəyan edərək Azərbaycanın təkbaşına öz ərazi bütövlüyünü, BMT Qətnamələrini və beynəlxalq ədaləti bərpa etdiyini bildirdi. Eyni zamanda Ali Baş Komandanımız cənab İlham Əliyev Ermənistanın 30 illik işğal zamanı torpaqlarımızda törətdiyi vəhşiliklər və  İkinci Qarabağ Müharibəsi zamanı mülki əhalimizə qarşı həyata keçirdiyi terror aktları haqqında da ətraflı məlumat verdi. Qeyd etmək lazımdır ki, İkinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfinin dəfələrlə mülki əhalimizi raket atəşinə tutumasına və müxtəlif təxribatlara əl atmasına baxmayaraq Azərbaycan Ordusu 21-ci əsrin müharibəsini apardı : “Daha sonra Ölkə başçımız, qüdrətli Azərbaycan Ordusunun rəşadətindən bəhs edərək İkinci Qarabağ müharibəsi zamanı bir nəfər belə əsgərimizin  döyüş meydanını tərk etmədiyini, Ermənistan tərəfində isə 11 min fərarinin olmasını xüsusi vurğuladı. Cənab Prezidentin bu nitqi Ermənistan mifini növbəti dəfə məhv etmiş oldu. Eyni zamanda bütün bu faktlar, ölkə başçısı cənab İlham Əliyevin illər ərzində ölkəmizdə istər ordu quruculuğu istərsə də gənclərlə bağlı həyata keçirdiyi müdrik və uzaqgörən siyasətin nəticəsidir. Belə ki, bu uğurlu siyasət nəticəsində heç zaman Qarabağı görməyən Azərbaycan gəncliyi Ali Baş Komandanın bir əmri ilə torpaqlarımızı işğaldan azad etdi”.