YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh gündəliyini Azərbaycan müəyyənləşdirir

“Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında keçirdiyi görüşlər, qatıldığı müzakirələr olduqca əhəmiyyətlidir. Çünki Münxen platformasından bir daha Azərbaycanın mövqeyi, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi geniş və açıq şəkildə bəyan edildi”.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli deyib.

A.Əsgərli qeyd edib ki, sülh danışıqlarında əsas gündəliyi Azərbaycan müəyyənləşdirir: “Qarabağ regionunda Azərbaycan ərazisində yaşayacaq erməni əhalisinin təhlükəsizliyi və hüquqları ilə bağlı hansısa bir beynəlxalq mexanizm nəzərdə tutulmayıb. Azərbaycan ölkənin daxili işlərinə hər hansı bir müdaxilənin əleyhinədir. Azərbaycan Konstitusiyası qanunları çərçivəsində digər vətəndaşlarımız kimi ermənilərin də hüquqi öhdəlikləri təmin olunacaqdır. Eyni zamanda Azərbaycan özü həmin ərazidə yaşayan insanlarla kommunikasiya quracaqdır. Burada bölgəyə “ixrac olunmuş” hər hansı şəxslərlə danışıq aparmaq, yaxud tərəf kimi iştirak etmək niyyəti yoxdur. Azərbaycanın aidiyyatı qurumları orada doğulmuş, yaşamış yerli əhali ilə hər hansı bir kommunikasiya qurmağa hazır olduğunu növbəti dəfə bəyan etdi”.

Politoloq vurğulayıb ki, Ermənistan Azərbaycanın təkliflərinə dərhal reaksiya verməli və ona təqdim edilən şansı qaçırmamalıdır.