YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Perspektiv inkişaf naminə

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev siyasi fəaliyyətə başlayan zamandan indiyədək alternativ enerji mənbələrinin yaradılması, böyük enerji layihələrinin həyata keçirilməsi istiqamətində konkret addımlar atılır və bu proses bu gün də davam etdirilir. Azərbaycanın ənənəvi enerji növləri sahəsində malik olduğu zəngin potensial ölkəmizin tələbatına tam cavab versə də, perspektiv inkişaf baxımından mütləq alternativ və bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində Prezident İlham Əliyev qarşıya konkret vəzifələr qoyub və müvafiq göstərişlər verib. Mühüm amillərdən biri də ondan ibarətdir ki, yeni elektrik stansiyalarının tikintisi zamanı müasirliyə və ekologiya məsələlərinə xüsusi diqqət yetirilir. Həmçinin elektrik stansiyalarının tikintisində həmişə ən müasir texnologiyalardan istifadə olunmasına, etibarlılıq və ekoloji cəhətdən təmizlik prinsiplərinə üstünlük verilir. Bildiyimiz kimi, cari ilin fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Prezident İlham Əliyev  müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib. Cənab Prezident öz çıxışında bir sıra tarixi faktları diqqətə çatdırdı. 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi. Əminəm ki, stansiya nəzərdə tutulmuş vaxtda-2025-ci ildə tam inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, ixrac imkanlarımızı gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır.

Bəli, biz doğrudan da bütün sahələrdə olduğu kimi, enerji sahəsində də son illərdə böyük uğurlara imza atıldığının şahidi oluruq. Eyni zamanda xüsusilə qeyd ediləcək məsələ stansiyanın müasir standartlara cavab verməsi və  nəticədə karbon qazının miqdarının çox böyük dərəcədə – 2 milyon ton azalmasıdır ki, bu da ekoloji baxımdan mühüm əhəmiyyət kəsb edir. Və təbii ki, həmin stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcəkdir. Ümumilikdə stansiyanın fəaliyyətə başlaması Azərbaycanın enerji sahəsindəki maraqlarına layiqincə təmin edir.

Azərbaycan elektrik enerjisi sferasında da əsas ixracatçı statusunu daşımağa başlayıb. Son illər elektrik enerjisinin ixracatçısı kimi mövqeyini daha da gücləndirib və bu sahədə getdikcə daha böyük uğurlara imza atmaqdadır.