YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyaya örnək

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Azərbaycan Türkiyə qardaşlığı qədim tarixə malikdir. Bu iki qardaş ölkə əsrlər boyu bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, münasibətləri qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurmuşdur. Bu münasibətlər müasir dövrümüzdə daha da möhkəmlənmiş, bütün sahələrdə qarşılıqlı əlaqələr yüksək səviyyədə inkişaf etmişdir. Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq, qardaşlıq münasibəti, həmçinin bütün sahələrdə qarşılıqlı əməkdaşlığın qurulması, həm ölkələrimizin dinamik inkişafına, həm də regionun tərəqqisinə, sabitliyin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərir.

Cari ilin fevral ayının 6-da qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ bütün türk dünyasını və sözsüz ki, ilk növbədə Azərbaycanı sarsıtdı. 7.7 bal gücündə olan zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb oldu. Faciə qardaş ölkəyə böyük insan itkisi ilə yanaşı, həm də görünməmiş fəlakət və böyük kədər yaşatdı. Bu xəbər Azərbaycana çatan andan bütün cəmiyyətdə eyni üzüntü və qəlb ağrısı ilə yaşandı.

Bu ağır gündə qardaş ölkəyə yardım üçün müraciət edən ilk ölkə məhz Azərbaycan oldu. Zələzələnin baş verdiyi ilk gündən bu günə kimi prezident cənab İlham Əliyevin göstərişinə əsasən qardaş Türkiyəyə yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət, tibbi personal, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardım, həmçinin digər təxirəsalınmaz yardım vasitələrini göndərilib. Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərildi. Edilən yardımların miqdarı hər keçən gün daha da artmaqdadır.

Hər bir soydaşımız, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu ağır günlərdə qardaş ölkəyə dəstək verməyə çalışır. Azərbaycan xalqı əsl qardaşlıq nümunəsi göstərir. Buda xalqımızın zəngin milli-mənəvi keyfiyyətlərinin daha bir göstəricisidir.

Zəlzələ hamımızı kədərləndirsə də bir həqiqəti ortaya qoydu ki, Türkiyə-Azərbaycan münasibətləri bütün sınaqlar və bütün dövrlər üçün dünyaya örnək olacaq səviyyədədir. Biz qardaş xalq olaraq bu çətin günlərdə hər zaman qardaşlıq borcumuzu yerinə yetirib Türkiyənin yanında olacağıq. Bu gün Azərbaycan Türkiyə qardaşlığı bütün dünyaya nümunədir. Bu dostluq, qardaşlıq dayaqları isə ölkə Prezidentlərinin səmimi qardaşlıq münasibətləri, xalqlarımızın tarixi, ortaq mədəniyyəti və mədəni dəyərləridir.

Azərbaycan xalqı olaraq qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının tezliklə aradan qaldırılmasını arzu edir, faciə zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət, xəsarət almış insanlara şəfa diləyirik.