YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qubadlı rayon təşkilatının təsis edilməsinin 29-cu ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının təsis edilməsinin 29-cu ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda konfrans keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransda giriş nitqi ilə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov partiyanın 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, YAP tarixdə çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, yarandıqdan 6 ay sonra iqtidar partiyasına çevrilib. Bu hadisənin özü xalqın ümummilli lider Heydər Əliyevə inam və etimadını ifadə edən mühüm faktdır. 30 illik zəngin və şərəfli inkişaf yolu keçən YAP ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib.

Təhmasib Rüstəmov qeyd edib ki, 1994-cü il fevralın 15-də yaranan YAP Qubadlı rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 84 ərazi partiya təşkilatında cəmiyyətin müxtəlif təbəqələrindən olan 4 minə qədər üzv birləşib. Partiyanın Sədri, Prezident İlham Əliyevin və Sədrin birinci müavini, vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyinin respublikamızın inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında daha məsul vəzifələr qoyur.

Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev Yeni Azərbaycan Partiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəlilədiyini vurğulayıb. Bildirib ki, bu gün ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində müasir müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. 

Hal kənd tam orta məktəb ərazi partiya təşkilatının sədri Badam Hüseynova, rayon Ağsaqqallar Surasının sədri Əvəz Həsənov, gənc partiya fəalı İlkanə Məmmədova, RİH yanında İctimai Şuranın sədri, partiya fəalı Razim Əliyev, YAP Qubadlı rayon təşkilatının birinci sədri Vahid Ağayev, Çardaxlı kənd tam orta məktəb ərazi partiya təşkilatının sədri Müşfiq Quliyev mövzu ətrafında çıxış ediblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.