YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarix şahiddir

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Fevralın 6-da dost, qardaş  Türkiyədə baş verən təbii fəlakət Azərbaycanı da sarsıtdı. Bu dəhşətli faciə nəticəsində on minlərlə insan həyatını itirdi, yaralandı və dağıntılar altında qaldı. Zəlzələnin nəticələri  hər birimizin  kədərinə çevrildi. Xalqlarımız bu ağır gündə bir daha həmrəylik nümayiş etdirdilər. Zəlzələ baş verdiyi ilk saatlardan Azərbaycan dövləti və xalqı qardaş ölkənin  kədərinə şərik oldu. Prezident İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində oldu və  bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirdi.

Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı sözdə deyil, əməldədir. Dünya hər zaman bu birliyin, həmrəyliyin şahididir. Bu fikir beynəlxalq səviyyədə də təsdiqlənir ki, Azərbaycan və Tükiyə qədər dünyada biri-birinə yaxın ölkələr yoxdur. 44 günlük İkinci Qarabağ müharibəsində “Azərbaycan tək deyil” çağırışını edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədi. 44 günün hər anını xalqımızla birgə yaşayan Türkiyə xalqı tarixi Zəfərimizin sevincini də eyni şəkildə yaşadı, bundan böyük qürur hissi keçirdi.

Bu qardaşlığa şahidlik edən illərə nəzər salarkən bir daha böyük öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın  sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlətik” fikirlərinin reallıqda əksini tapdığını görürük. Azərbaycan dövləti, xalqı da daim bu çağırışı edir ki, Türkiyənin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.

Türkiyədə baş verən dəhşətli zəlzələ  bu kədərin də birgə yaşandığını göstərir.  Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın göstərişinə uyğun olaraq atılan addımlar göz qabağındadır. Cənab İlham Əliyevin və  birinci xanım Mehriban Əliyevanın çağırışlarını yüksək səviyyədə dəyərləndirən xalqımız səfərbər oldu, qardaş ölkəyə yardımlarda fəal iştirak edir. Günümüzün əsas çağırışı budur: “Qardaş Türkiyə, yanındayıq!”

Bütün Azərbaycan xalqı könüllü olaraq qardaş ölkəyə dəstək olur. Bir daha sübut olunur ki, təkcə dövlətlərarası, dövlət başçıları  deyil, sadə insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir. Türkiyə-Azərbaycan  bir yumruq, bir ürək, bir candır. Türkiyə və Azərbaycan dövləti, xalqı  belə görür və hər zaman da  belə olacaq.