YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin doğum günü məzarı önündə qeyd olunub

12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalan Tərtər rayonu Evoğlu kənd sakini Əhmədzadə Məftun Seymur oğlunun doğum günü məzarı önündə qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının əməkdaşı Əli Paşayev, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələri, qazilər, kənd sakinləri və şəhidin yaxınları Məftunun məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən şəhid Məftun Əhmədzadə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.