YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müstəqilliyini əbədi edən Əbədiyaşar Lider

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon Quşçu kənd və Əli İsmayılov adına ərazi partiya təşkilatlarında “Heydər Əliyev İli” çərçivəsində yığıncaqlar keçirilib.

Əvvəlcə Ümummilli Liderin, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətənin qəhrəman övladlarının və qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev və digərləri çıxışlarında bildiriblər ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, ulu öndər Heydər Əliyev olub. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman təqdim edilib.