YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev - elm və təhsilin hamisi”

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Mehdiabad 9 saylı ərazi partiya təşkilatında “Heydər Əliyev İli”nə həsr olunan “Heydər Əliyev - elm və təhsilin hamisi” adlı tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak edənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, dövlət rəhbəri və siyasətçi kimi bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən ulu öndər Heydər Əliyev elm-təhsil sahəsinə xüsusi diqqət göstərir, inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndər Heydər Əliyevin təhsil sahəsi ilə bağlı imzaladığı mühüm fərman və sərəncamları bu sektorun inkişafında xüsusi rol oynayır. Müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahənin inkişafına böyük töhfələr verib. Ümummilli lider Heydər Əliyev bir hakimiyyət ustadı, qətiyyətli dövlət başçısı, müdrik siyasətçi, məsuliyyətli vətəndaş, cəsur və tədbirli sərkərdə, vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran şəriksiz və alternativsiz lider kimi hərtərəfli öyrənilməlidir. Bütün bunlar gənc nəsil üçün xüsusilə vacibdir.

Sonra çıxış edən Mehdiabad 9 saylı ərazi partiya təşkilatının sədri Vüqar Səlimov qeyd edib ki, Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir.

Sonda partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.